Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov öz istəyi ilə vəzifədən azad edilib.
Reyting.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, Araz Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.
O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.(İqtisadiyyat.az)