Advert
Advert

II əsrə aid sehrli lənət lövhəsi tapılıb

Tarix:
II əsrə aid sehrli lənət lövhəsi tapılıb
Reklam

Niderlandda II əsrə aid sehrli lənət lövhəsi deşifrə edilib. 

Reyting.az xəbər verir ki, almaniyalı tədqiqatçılar, Heidelberq Universitetinin papirusşünasları Niderland Krallığının ərazisindən, Herlen şəhərindən tapılmış və tarixi eranın II əsrinə aid olduğu bildirilən qurğuşun lövhə üzərindəki yazını nəhayət oxuya biliblər. 

Alimlərin sözlərinə görə, öz dövründə qədim Roma hərbi düşərgəsi ərazisində aşkarlanmış bu artefakt yunan dilindədir, lakin mətn Misir sehr ənənələri üslubunda yazılıb.

Araşdırmalar göstərib ki, lövhədə üç sehrli simvol, eləcə də iki kişi və iki qadının adı qeyd olunub. Alimlərin fikrincə, bu yazı ola bilsin ki, lövhədə adları yazılmış şəxslərə qarşı sehrli lənətdir və yaxud da onların adından naməlum şəxsə yönəlmiş təsiredici qarğışdır. 

Mütəxəssislər qeyd ediblər ki, indiyədək Şimali Avropada tapılan buna oxşar nümunələrin əksəriyyəti latın dilində yazıldığı halda, bu lövhənin yunan dilində olması onu sirli, həmçinin daha unikal edir. 

Elm adamlarının sözlərinə görə, qədim və sehrli qarğış lövhədə adlardan ikisinin latın, ikisinin yunan mənşəli olması məhz həmin dövrlərdə Roma imperiyası coğrafiyasında müxtəlif mədəniyyətlərin qarışdığını sübut edir. 

Almaniyalı tədqiqatçılar ehtimal edirlər ki,  lövhənin müəllifi Roma Misirindən gələn və sehrli ayinlərə yaxşı bələd olan qadınlardan biri ola bilərdi. Hətta bəzi ehtimallara görə, naməlum şəxs əvvəllər bu sahədə gördüyü işlərlə şöhrət qazanmış güclü sehrbaz kimi Misirdən Romaya xüsusi missiya ilə dəvət oluna da bilərdi. Bəzi mütəxəssislər bu qədim mətni "dünyanın ilk sehrli lənəti, qadın qarğışı" adlandırıblar. 

Alimlər vurğulayıblar ki, bu cür nadir və tarixi tapıntının ən önəmli dəyəri həm də Roma imperiyası dövründə Misirin, Yaxın Şərqin, o cümlədən digər dövlətlərin, xalqların dini-mədəni ənənələrinin qarşılıqlı təsirini tamamilə aydın nümayiş etdirilməsi ilə bağlı təkzibedilməz tarixi fakt olmasıdır.

Oqtay Qorçu

Reklam