Advert
Advert

İki neft emalı zavoduna və bir neft terminalına zərbə endirilib

Tarix:
İki neft emalı zavoduna və bir neft terminalına zərbə endirilib
Reklam

Ukrayna Krımda Rusiyanın iki neft emalı zavoduna, raket briqadasının yerləşdirilmə məntəqəsinə və neft məhsullarının daşınması terminalına zərbə endirib.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalında bildirilib.

Qeyd olunur ki, 6 iyul gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Yaroslavldakı (Yaroslavl vilayəti, Rusiya) Slavneft-YANOS Neft Emalı Zavoduna daha bir hücum təşkil edib. Hədəfin yaxınlığında partlayışlar qeydə alınıb və ərazidə tüstü görünüb. 

Məlumata görə, Yaroslavl Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Onun layihə gücü ildə 15 milyon ton neftdir. Zavodda avtomobil benzini, dizel və aviasiya yanacağı, sürtkü yağları və xüsusilə hərbi logistikasını dəstəkləmək üçün istifadə olunan digər məhsullar istehsal olunur.

Bundan əlavə, Rusiyanın Leninqrad vilayətindəki NOVATEK-Ust-Luqa neft emalı zavodu (Slobodka kəndində) və 26-cı Raket Briqadasının ərazidəki (Luqa kəndində) daimi yerləşdirmə məntəqəsi vurulub.

Baş Qərargah bildirib ki, Kerçdəki TES-Terminal-1 yüngül neft məhsullarının daşınması terminalı da vurulub.

Bu terminal Krımda yüngül neft məhsullarının saxlanması və daşınması üçün ən böyük komplekslərdən biridir. Obyektin çən parkı benzin, dizel yanacağı və digər neft məhsullarını, o cümlədən Ukraynanın cənub bölgələrindəki Rusiya qüvvələrinin ehtiyacları üçün qəbul edir, saxlayır və göndərir.

E. Kamal
 

Reklam