Advert
Advert

İlon Mask Avropa Komissiyasını məhkəməyə verib

Tarix:
İlon Mask Avropa Komissiyasını məhkəməyə verib
Reklam

Amerikalı milyarder İlon Mask Avropa Komissiyasına qarşı məhkəmə iddiası qaldırıb. "SpaceX"  ilə "Tesla" şirkətlərinin rəhbəri "X" sosial şəbəkəsinə qarşı Avropa İttifaqı məhkəməsi tərəfindən qəbul olunmuş qərarın ləğvini tələb edir. 

Reyting.az xəbər verir ki, oxşar bir iddianı "X.AI Holdings" şirkəti də irəli sürüb.

Hər iki iş 16 fevral 2026-cı ildə qeydə alınıb və sənədlər "T-120/26", eyni zamanda da "T-121/26" nömrələri ilə qeydiyyata düşüb. 

Xatırladaq ki, iddiaların əsaslı olduğunu bildirən Avropa Komissiyası 5 dekabr 2025-ci ildə Rəqəmsal Xidmət Aktları üzrə qaydaların pozulması ilə bağlı məlumatlar vermiş və buna görə, "X" platformasına cərimə tətbiq olunmuşdu. Lakin İlon Mask və onun müdafiə tərəfi bu qərarın hüquqa zidd olduğunu, o cümlədən "vahid iqtisadi subyekt" anlayışının yanlış tətbiq edildiyini bildiriblər.

Ekspertlərin fikrincə, İ. Mask bu məsələ ilə bağlı çox böyük inadla dirəniş göstərsə də, Avropa Komissiyası qərarında dəyişiklik etməyəcək. 

Oqtay Qorçu

Reklam