Advert
Advert

İlon Mask trilyonçu statusunu itirib

Tarix:
İlon Mask trilyonçu statusunu itirib
Reklam

Amerikalı iş adamı, "SpaceX" şirkətinin qurucusu İlon Maskın xalis sərvəti 1 trilyon dollardan 957 milyard dollara enib. Bu göstərici, digər amillərlə yanaşı, ona məxsus şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır.

Reyting.az xəbər verir ki, Bloomberg Billionaires Index-in məlumatına görə, son dəyişikliklər nəticəsində İlon Maskın xalis sərvəti 118 milyard dollar azalıb.

Xatırladaq ki, iyunun 12-də "SpaceX" şirkətinin səhmləri ticarətə çıxarıldıqdan sonra İlon Maskın sərvəti 1 trilyon dolları ötən ilk şəxs olmuşdu. Bununla da o, təxminən iki həftə ərzində trilyonçu statusunu qoruyub saxlamışdı.

İyunun 22-də bildirilib ki, "SpaceX" səhmləri süni intellekt layihələrinin maliyyələşdirilməsi məqsədilə ilk investisiya səviyyəli istiqraz təklifinin elan edilməsindən sonra ardıcıl üç gün ucuzlaşıb.

Bundan əlavə, ticarət məlumatlarına əsasən, Nasdaq birjasında "Tesla"nın səhmləri iyunun 16-dan etibarən 4,14 faiz, "SpaceX"in səhmləri isə 17,13 faiz dəyər itirib.

Y. Qacar
 

Reklam