Advert
Advert

İlon Maskın həbsinə order verilə bilər

Tarix:
İlon Maskın həbsinə order verilə bilər
Reklam

Fransada amerikalı milyarder İlon Mask və onun “X” şirkətinə qarşı başladılan təhqiqat davam etdirilə bilər.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, əgər Mask məhkəməyə gəlməkdən boyun qaçırmaqda davam edərsə, Paris sahibkarın həbsinə order verə bilər. Bu ehtimalı Paris prokuroru Laura Bekko gündəmə gətirib.

Qeyd edək ki, aprel ayında “Tesla”-nın qurucusu və “X”-in sahibi sosial şəbəkəyə qarşı aparılan istintaq çərçivəsində ifadə vermək üçün Paris prokurorluğuna gəlməyib. Bu arada, fevral ayında şirkətin ofislərində axtarış aparılıb, şirkət cərimələnib.

İstintaqdan sonra müstəntiqlər Maska qarşı ittiham irəli sürülə biləcəyinə qərar verərsə və o, çağırışlara məhəl qoymazsa, qanunla onu istintaqa cəlb etməyin yeganə yolu həbs qərarıdır.

V. Quliyev
 

Reklam