Advert
Advert

“İmamzadə” ziyarətgahında Ulu öndərlə bağlı tədbir keçirilib

Tarix:
“İmamzadə” ziyarətgahında Ulu öndərlə bağlı tədbir keçirilib
Reklam

Gəncədə “İmamzadə” ziyarətgah kompleksində Ulu öndər Heydər Əliyevin xatirəsinə ehsan süfrəsi açıblar.

Reyting.az-ın məlumatına görə, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş xeyriyyə aksiyası çərçivəsində aztəminatlı ailələr və ehtiyacı olan vətəndaşlara ehsan verilib. 

“İmamzadə” ziyarətgah kompleksinin imamı Hacı Tahir Abbasov hazırda Bakıda müalicə olunsa da, onun təşəbbüsü və xeyirxah insanların dəstəyi ilə bu savab tədbiri həyata keçirilib.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, “İmamzadə” ziyarətgah kompleksində mütəmadi olaraq dini-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər və xeyriyyə aksiyaları həyata keçirilir.

Reklam