Advert
Advert

İnsanların sağlamlığını izləyəcək ağıllı üzük hazırlanır

Tarix:
İnsanların sağlamlığını izləyəcək ağıllı üzük hazırlanır
Reklam

Dünyaca məşhur "Apple" şirkətinin mütəxəssisləri sağlamlıq və fiziki aktivliyin izlənməsi üçün nəzərdə tutulmuş "Apple Ring" adlı ağıllı üzüyün üzərində çox ciddi iş aparırlar. 

Reyting.az xəbər verir ki, bunu "Apple" şirkətindən bildiriblər. 

Məlumata görə, layihə hələ ilkin inkişaf mərhələsindədir. 

Bildirilir ki, "Apple"nin bu sahədə ən böyük rəqibi "Samsung Galaxy Ring" şirkəti olacaq.

Bütün bunlarla bərabər, bu şirkətin əməkdaşları həm də ağıllı eynəklər, kulonlar, həmçinin süni intellekt funksiyalı kameralarla təchiz oluna biləcək "AirPods Pro" modelli qulaqcıqlar kimi daşına bilən cihazlar üzərində də texnoloji araşdırmalar aparırlar. 

Lakin "Apple" şirkəti hələlik "Apple Ring"in təqdimat tarixi və qiyməti barədə məlumat verməyib. Mütəxəssislər deyiblər ki, hətta bu layihənin ləğv olunma ehtimalı olsa belə, yenə də edilən cəhd, cəsarətli addım dünyaca məşhur bu nəhəng ABŞ şirkətinin aksesuar çeşidlərini genişləndirmək niyyətini göstərir.

Oqtay Qorçu
 

Reklam