Balakən rayonunda intensiv yağışlar fəsadlara səbəb olub.
Reyting.az bildirir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin yüksək dağlıq ərazilərində sulu qar və qar, düzənlik ərazilərinə isə intensiv yağışlar müşahidə olunur.
APA xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarına yağan intensiv yağışlar çaylarda suyu artırıb. Leysan xarakterli yağışlar səbəbindən Balakənin Meşəşambul kəndində 30-a yaxın evin həyətyanı sahəsi yağış suları ilə dolub. Sakinlər yaranmış vəziyyətlə bağlı aidiyyəti qrumlara müraciət ediblər.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.