Advert
Advert

İnternet qiymətlərində 140 dəfədən çox fərq var

Tarix:
İnternet qiymətlərində 140 dəfədən çox fərq var
Reklam

İnternetin ən bahalı və ən ucuz olduğu ölkələrin adları açıqlanıb.

Reyting.az xəbər verir ki, İngiltərənin "Broadband Genie" platformasının 2026-cı il üzrə apardığı araşdırmaya görə, dünyada sabit genişzolaqlı internetin aylıq qiymətləri ölkələr arasında 140 dəfədən çox fərqlənir.

Araşdırmada qeyd olunur ki, internetin ən bahalı olduğu ərazi Uollis və Futunadır. Siyahının ilk sıralarında Türkmənistan, həmçinin Törks və Kaykos adaları da yer alır.

Mütəxəssislər vurğulayırlar ki, bahalı internet bazarlarının böyük əksəriyyəti uzaq ada ərazilərində yerləşir. Onların fikrincə, bunun əsas səbəbləri yüksək infrastruktur xərcləri və məhdud rəqabətdir.

Ölkələr arasında ən ucuz internet isə İrandadır. Siyahıda sonrakı yerlərdə Ukrayna, Efiopiya və Banqladeş qərarlaşıb.

Ekspertlər bildirirlər ki, aşağı qiymət hər zaman zəif xidmət demək deyil. Rumıniya və Vyetnam həm ucuz internet, həm də yüksək bağlantı sürəti ilə seçilən ölkələr sırasındadır.

Araşdırmaya əsasən, dünya internet trafikinin təxminən 99 faizi sualtı kabellər vasitəsilə ötürülür. Məhz buna görə də əsas məlumat ötürmə marşrutlarından uzaqda yerləşən ölkələr və adalar daha yüksək infrastruktur xərcləri ilə üzləşir və internet xidmətlərini daha baha qiymətə təklif edirlər.

Oqtay Qorçu
 

Reklam