Advert
Advert

İnterpolun axtardığı qaçaq ələ keçib

Tarix:
İnterpolun axtardığı qaçaq ələ keçib
Reklam

Türkiyə polisi və MİT (Milli Kəşfiyyat Təşkilatı) İnterpol tərəfindən axtarılan şübhəlinin Bodrumda olduğu barədə məlumat aldıqdan sonra birgə əməliyyat keçirib.

Reyting.az xəbər verir ki, “Narkotik ticarəti” cinayəti ilə İnterpolun qırmızı bülleteni ilə axtarılan Sefkan Doğanın Bodrumda olduğu müəyyən edilib. 

Bodrum prokurorluğunun koordinasiyası altında hərəkət edən polis, jandarma və MİT qrupları texniki və fiziki müşahidəyə başlayıblar. Şübhəlinin Turqutrəis məhəlləsindəki Gümüşlük küçəsi yaxınlığında ola biləcəyini qiymətləndirən qruplar, şübhəlinin Gürece məhəlləsindəki cümhuriyyət bulvarında idarə etdiyi avtomobili tapıblar. Təqibdən sonra avtomobil saxlanılıb və Sefkan Doğan nəzarətə götürülüb.

Tutulan şübhəli və onun idarə etdiyi avtomobil üzərində aparılan axtarış zamanı 8 mobil telefon, 4 SIM kart, 3 lüks marka saat və 37.950 avro, 5.150 ABŞ dolları, 6.050 İsveçrə frankı və 101.200 Türk lirəsi məbləğində nağd pul tapılıb.

V. Quliyev
 

Reklam