Advert
Advert

İqtisad Universitetində "Məzun günü"nə 48 min manat xərcləyəcək

Tarix:
İqtisad Universitetində
Reklam

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "Prosound” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Reyting.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, müqavilənin maliyyə dəyəri 48 802,44 manatdır. 

Satınalma predmeti "Məzun günü” tədbiri ilə bağlı təşkilatçılıq xidmətlərinin həyata keçirilməsindən ibarətdir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Prosound” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Azər Əliyev, ev 9A, mənzil 116-da yerləşir. Şirkətin qanuni təmsilçisi Süleymanov İman Səməd oğludur. 

İman Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. "Prosound” MMC-nin internet səhifəsində qeyd edilib ki, şirkət səs, musiqi, görüntü, işıq, səhnə avadanlıqlarının satışı və icarəsi xidmətlərini həyata keçirir. 

UNİEC-in rektoru Ədalət Muradovdur. O. 2020-ci ildən bu vəzifədədir.

Reklam