Advert
Advert

İran: ABŞ gəmiləri Fars körfəzini tərk etməlidir

Tarix:
İran: ABŞ gəmiləri Fars körfəzini tərk etməlidir
Reklam

“Amerika gəmiləri Fars körfəzini tərk etməlidir; onların mövcudluğu sabitliyə töhfə vermir”.

Reyting.az xəbər verir ki, bunu İran İslam Respublikası Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.

"Times of India" qəzeti onun sözlərini sitat gətirib: "Amerika gəmiləri niyə Fars körfəzindədir? Onlar orada nə edirlər? Onlar bölgəni tərk etməlidirlər. Bütün gəmilərin təhlükəsizliyini özümüz təmin edə bilərik".

İlahinin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı təcavüzü səbəbindən Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır. "Biz boğazın açıq qalmasını istəyirik, amma oradakı hazırkı vəziyyət əlverişsizdir", - deyə o vurğulayıb.

İlahi beynəlxalq ictimaiyyəti münaqişənin sona çatmasına kömək etməyə çağırıb: "Biz dünya liderlərindən, sülh və ədalət axtaran bütün millətlərdən birləşməyi və müharibəni dayandırmağı xahiş etməyə məcburuq. Müharibə olmazsa, böhran da olmayacaq".

E. Kamal
 

Reklam