ABŞ lideri Donald Trampın İrandakı körpülərə və elektrik stansiyalarına hücum təhdidləri gerçəkləşərsə, İran Yaxın Şərqdəki bütün ABŞ və İsrail hədəflərinə zərbə endirəcək.
Reyting.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib.
"ABŞ prezidentinin boş açıqlamalarına, körpüləri, elektrik stansiyalarını və İranın enerji infrastrukturunu məhv etmək barədə təkrarlanan təhdidlərinə cavab olaraq, bir daha xəbərdarlıq edirik: əgər bu təhdidlər gerçəkləşərsə, İran İslam Respublikasının güclü silahlı qüvvələri bölgədəki vacib obyektlərə və aktivlərə daha sərt və dağıdıcı şəkildə hücum edəcək", - deyə İran dövlət televiziyası onun bəyanatından bir hissəni sitat gətirib.
Zülfəqari qeyd edib ki, ərəb ölkələri infrastrukturlarına zərər dəyməmək üçün ABŞ-ı ərazilərində çıxmağa məcbur etməlidirlər.
Cümə axşamı Tramp İran hökumətindən tezliklə razılığa gəlməyi tələb edib. O, İslam Respublikasında mülki infrastrukturu məhv etməklə hədələyib.
E. Kamal