İran hesab edir ki, ABŞ-ın pilotlarını xilas etmək əməliyyatının uğursuzluğa düçar olması İranın uranını oğurlamaq cəhdini ört-basdır etmək üçün pərdə ola bilər.
Reyting.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, ABŞ-ın hərəkətlərinin zənginləşdirilmiş uranı oğurlamaq üçün bir aldatma ola biləcəyi ehtimalını nəzərdən qaçırmaq olmaz.
Nazirliyin sözçüsü İran televiziya kanalı SNN-dəki çıxışında İranda Tabas əməliyyatı kimi tanınan uğursuz “Qartal pəncəsi” əməliyyatına istinad edərək deyib ki, ABŞ-ın son əməliyyatının da nəticəsi "İkinci Tabas"dan başqa bir şey deyildi.
Xatırladaq ki, Tabas əməliyyatı 24 aprel 1980-ci ildə ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələri tərəfindən Tehrandakı ABŞ səfirliyindən girov götürülmüş şəxsləri xilas etmək üçün həyata keçirilib. Əməliyyat zamanı bir vertolyot havaya qalxdıqdan dərhal sonra suya düşüb, digəri isə toz fırtınası nəticəsində istiqamətdən kənara çıxaraq geri dönüb. Yerdə yanacaq doldurarkən vertolyotlardan biri tanker təyyarəsinə çırpılıb, hər iki təyyarə və səkkiz heyət üzvü məhv olub. Qalan bütün helikopterlər səhrada tərk edilib və İran ordusu tərəfindən ələ keçirilib.
V. Quliyev