İran ABŞ ilə mesaj mübadiləsi aparmağa davam etsə də, son hadisələr inamsızlığı dərinləşdirir.
Reyting.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
"Bu hadisələr, şübhəsiz ki, etimadsızlığı artırır. Biz artıq çox güclü şübhə şəraitində Amerika tərəfi ilə mesaj mübadiləsi aparırıq. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdəki bu əlverişsiz vəziyyəti daha da ağırlaşdıracaq", - deyə o, həftəlik mətbuat konfransında bildirib.
İyunun 7-də axşam saatlarında İran şimali İsrailə raket adıb. İsrail ordusu isə bütün raketlərin tutulduğunu iddia edib. Bu, İsrailin bazar günü Beyrut ətrafında “Hizbullah” hədəfinə hücumundan sonra baş verib. İsrail tərəfi bildirib ki, hücum “Hizbullah”ın şimali İsraili atəşə tutmasına cavabdır. İranın zərbələrinə cavab olaraq, İsrail Müdafiə Qüvvələri həmin gecə İslam Respublikasına qarşı bir sıra hücumlar həyata keçirib.
E. Kamal