Advert
Advert

İran ABŞ-la danışıqları dondurub: Trampdan üzr tələb olunur

Tarix:
İran ABŞ-la danışıqları dondurub: Trampdan üzr tələb olunur
Reklam

İsveçrədə ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edən İran nümayəndə heyəti rəsmi dialoqu davam etdirməkdən imtina edib.

Reyting.az xəbər verir ki, Livanın “Al Mayadeen” telekanalının məlumatına görə, Tehran ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını təhdid xarakterli sayır və ondan rəsmi üzr tələb edir. İran tərəfi bildirir ki, bu şərt yerinə yetirilməyənədək danışıqların bərpası mümkün deyil.

Məlumata görə, diplomatik gərginlik İsveçrədə keçirilən görüşlər zamanı daha da dərinləşib. İran nümayəndələri əvvəlcə amerikalı həmkarları ilə protokol üzrə əl sıxmaqdan və birgə foto çəkdirməkdən imtina edib, daha sonra isə sammiti tərk ediblər.

Qeyd olunur ki, narazılığa səbəb Trampın “Truth Social” platformasındakı paylaşımları və “Fox News” kanalına verdiyi açıqlamalar olub. ABŞ Prezidenti həmin bəyanatlarında Livandakı vəziyyət fonunda İrana qarşı sərt xəbərdarlıqlar səsləndirib. O, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hörmüz boğazını bağlamağa cəhd edəcəyi təqdirdə İranın ağır nəticələrlə üzləşəcəyini bildirib.

E. Kamal
 

Reklam