Advert
Advert

İran ABŞ-la danışıqların bərpası üçün beş şərt irəli sürüb

Tarix:
İran ABŞ-la danışıqların bərpası üçün beş şərt irəli sürüb
Reklam

İran hakimiyyəti Vaşinqton Tehranın irəli sürdüyü beş şərti yerinə yetirməyənə qədər ABŞ ilə münaqişələrin həlli üzrə danışıqları bərpa etməyəcəyini açıqlayıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Fars” xəbər agentliyi yayıb.

İranın danışıqların bərpası üçün irəli sürdüyü şərtlər bunlardır:

1. Livanda bütün cəbhələr üzrə müharibənin dayandırılması;

2. İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi;

3. Dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması;

4. Müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi;

5. İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması.

Məlumata görə, bu şərtlər minimum etimad mühitinin formalaşdırılması və danışıqlar prosesinə qayıdış üçün əsas kimi müəyyən edilib.

Qeyd olunur ki, İran Pakistan vasitəçisi vasitəsilə ABŞ-a çatdırıb ki, atəşkəs elan edildikdən sonra Ərəbistan dənizi və Oman körfəzində dəniz blokadasının davam etdirilməsi Vaşinqtona olan inamsızlığı daha da artırır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də Ağ Ev İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Tehranın məlumatına əsasən, 40 gün davam edən hərbi əməliyyatlar zamanı ABŞ və İsrailin hücumları nəticəsində 3375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər mövcud fikir ayrılıqları səbəbindən uzunmüddətli razılıq əldə edə bilməyiblər.

Aprelin 21-də ABŞ Prezidenti İranla atəşkəsi uzatmaq niyyətində olduğunu bəyan edib. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli şəkildə atəşkəsi uzatmaq qərarını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun addımlar atacaq.

Y. Qacar
 

Reklam