Amerika “C-130” dəstək təyyarəsi İranın polis komando bölməsinin şiddətli atəşi nəticəsində məhv edilib.
Reyting.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı İran İslam Respublikası Hüquq-Mühafizə Komandanlığının İnformasiya Mərkəzi yayıb.
Yerli mənbələr bildirir ki, ABŞ-a məxsus yanacaqdoldurma təyyarəsi İsfahanın cənubunda polis komando bölməsi tərəfindən vurulub.
Daha əvvəl İranın İnqilab Keşikçiləri Korpusu İsfahanın cənub rayonunda itkin düşmüş zabiti axtaran Amerika təyyarəsini vurduğunu iddia etmişdi.
ABŞ prezidenti İran üzərində vurulan “F-15” qırıcı təyyarəsinin pilotunun xilas edildiyini bildirib.
“Axios”-a danışan ABŞ rəsmilərinin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi və komando bölməsinin iştirakı ilə mürəkkəb əməliyyat keçirilib.
İddiaya görə, pilot da daxil olmaqla, əməliyyatın bütün iştirakçıları hazırda İran xaricindədir.
E. Kamal