İran ABŞ və İsrail ilə münaqişədə hələ istifadə etmədiyi müasir silahlara malikdir.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi İrandakı hərbi mənbəyinə istinadla paylaşıb.
Hərbi mənbə İranın ABŞ-ın mümkün təkrar hücumuna hazırlığından danışarkən bildirib ki, "Biz hələ döyüş meydanında istifadə olunmayan və sınaqdan keçirilməmiş qabaqcıl silahlar istehsal etmişik".
O, Tehranın hücumların dəfi üçün istifadə edəcəyi resursların çatışmazlığı olmadığını vurğulayıb.
Mənbə bildirib ki, avadanlıq və ya müdafiə imkanları baxımından İranın müdafiəsinə mane olacaq heç bir çatışmazlıq yoxdur.
V. Quliyev