Advert
Advert

İran hərbi texnikasını modernləşdirməyə çalışır

Tarix:
İran hərbi texnikasını modernləşdirməyə çalışır
Reklam

Tehran hərbi texnikasını modernləşdirmək üçün addımlar atır və hərbi potensialını qorumaq üçün lazımi işlər görür. 

Reyting.az xəbər verir ki, bunu “Xatəm əl-Ənbiya” mərkəzi komandanlığının qərargah rəisi Əli Əbdüllahi bildirib.

İranın “Əl-Aləm” televiziya kanalı onun sözlərini sitat gətirib: “Texnikamızın müasir tələblərə uyğun olaraq modernləşdirilməsi prosesi davam edir. Bütün hərbi potensialımız toxunulmaz olaraq qalır. Düşmənlərə qarşı mübarizəni sona qədər davam etdirmək və onları məğlub etmək niyyətindəyik”.

V. Quliyev

Reklam