İran Hörmüz boğazından keçən gəmiləri əlaqələndirməyə çağırıb.
Reyting.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
İran Limanlar İdarəsinin çağırışına səbəb minalardır. Buna görə də gəmilərin marşrutlarının ölkənin donanması ilə əlaqələndirilməsinin vacibliyi qeyd olunur.
Onu da qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livana ən böyük hücumunu həyata keçirib. İran parlamentinin spikeri isə ABŞ-ı hələ danışıqlar başlamazdan əvvəl sülh planının on bəndindən üçünü pozmaqda ittiham edib.
E. Kamal