Livanda İsrailə qarşı irəli sürülən minimum tələb onun ordusunun 27 fevral tarixinədək tutduğu mövqelərə geri çəkilməsidir.
Reyting.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaani bildirib.
“Müqavimət qüvvələrinin minimum tələbi İsrail rejiminin 40 günlük müharibədən (İranın ABŞ və İsraillə 28 fevralda başlayan müharibəsi-red.) əvvəl tutduğu mövqelərə geri çəkilməsidir”, – deyə o, “Fars” xəbər agentliyinə açıqlamasında bildirib.
İyunun 1-də “Tasnim” xəbər agentliyi Tehranın İsrailin Livandakı fəaliyyətinə etiraz olaraq Vaşinqtonla əlaqələri dayandırdığını yazıb. Məlumata görə, ABŞ və İran atəşkəsin uzadılması, eləcə də Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşma layihəsi ətrafında mesaj mübadiləsi aparırdılar.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, İsrail ordusu Beyruta hücum edəcəyi təqdirdə, İran Silahlı Qüvvələri İsrailə zərbələr endirməyə hazırdır.
E. Kamal