“İsrail Livanda atəşkəsi pozmağa davam edərsə, sərt tədbirlərlə üzləşə bilər”.
Reyting.az xəbər verir ki, belə bir xəbərdarlığı İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı olan Xatəm əl-Ənbiya edib.
Bəyanatda deyilir: "Əgər İsrail Livanın cənubundakı hücumlarını dayandırmasa, İran İslam Respublikası Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir".
Bəyanatda qeyd olunur ki, İsrail ordusu son iki gündə Livanda atəşkəsi 84 dəfə pozub.
E. Kamal