İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəhbəri general-leytenant Məcid Xadimi ABŞ və İsrailin hava hücumlarında həlak olub.
Reyting.az xəbər verir ki, İİKK mətbuat xidməti məlumatı təsdiqləyib.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının nüfuzlu və hörmətli rəhbəri olan İİKK general-leytenantı Seyid Məcid Xadimi düşmənin terror hücumu nəticəsində bu gün səhər tezdən şəhidlik şərəfinə layiq görülüb", - deyə İran dövlət televiziyası bəyanatdan bir hissəni sitat gətirib.
Qeyd edək ki, Xadimi 2025-ci ilin yayında 12 günlük müharibə zamanı İsrailin hava hücumunda həlak olan Məhəmməd Kazeminin yerinə İİKK kəşfiyyatının rəhbəri təyin edilmişdi.
V. Quliyev