“İsrailin Livana qarşı davam edən hücumlarının dərhal və ciddi nəticələri olacaq və İran müttəfiqlərini qorumaq üçün bütün tədbirləri görəcək”.
Reyting.az xəbər verir ki, belə bir xəbərdarlığı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai edib.
Nazirliyin sözçüsü bildirib ki, İran sionist rejimin Livanın müxtəlif ərazilərinə qarşı onlarla livanlının ölümü və yaralanması, eləcə də mülki evlərin və ölkənin infrastrukturunun dağıdılması ilə nəticələnən təcavüzkar və terrorçu əməliyyatlarını qətiyyətlə pisləyir.
O, İsrailin regionda sülh və təhlükəsizlik üçün hərəkətlərinin ağır nəticələri barədə xəbərdarlıq edib.
Bəqai qeyd edib ki, münaqişənin həlli ilə bağlı əvvəllər bağlanmış ABŞ-İran memorandumuna əsasən, İsrailin Livanda davam edən təcavüzünə görə tam məsuliyyət ABŞ-ın üzərinə düşür.
E. Kamal