Advert
Advert

İran nümayəndə heyəti bu gecə yola düşür

Tarix:
İran nümayəndə heyəti bu gecə yola düşür
Reklam

İsrailin diplomatik səyləri sabotaj etmək üçün ABŞ ilə əldə olunan atəşkəsi pozmasına baxmayaraq, İran nümayəndə heyəti atəşkəsin müzakirəsi üçün bu gecə Pakistana gedəcək. 

Reyting.az xəbər verir ki, bunu İranın İslamabaddakı səfiri Rza Əmir Müqəddəm deyib.

İsrailin diplomatik səyləri sabotaj etmək üçün ABŞ ilə əldə olunan atəşkəs razılaşmasını pozduğunu və bunun İran ictimai rəyində şübhələr yaratdığını bildirən Müqəddən qeyd edib: 

“İctimai rəydəki şübhələrə baxmayaraq, İran nümayəndə heyəti bu gecə cənab Şahbaz Şərifin dəvəti ilə İranın təklif etdiyi 10 bənd əsasında danışıqlar aparmaq üçün İslamabada gəlir”.

Səfir ABŞ ilə danışıqların üzbəüz və ya dolayı yolla olacağı və ya İran nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlardan və İranın bəzi regional ölkələrə qarşı qisas və hücumlarından sonra ABŞ və İran arasında atəşkəs elan edilib.

Y. Qacar
 

Reklam