Advert
Advert

İran ordusu daha bir ərazidə gəmiçiliyə mane ola bilər

Tarix:
İran ordusu daha bir ərazidə gəmiçiliyə mane ola bilər
Reklam

İran ordusu, şərait tələb edərsə, Bab əl-Məndəb boğazından keçən gəmiçiliyin hərəkətinə mane ola bilər.

Reyting.az xəbər verir ki, bunu "The New York Times" qəzeti İranın ali liderinin müşaviri Əli Əkbər Vilayətiyə istinadla yazıb.

Qeyd olunur ki, Vilayəti bazar günü sosial mediada İranın Bab əl-Məndəb boğazını hədəf ala biləcəyi barədə xəbərdarlıq edib.

İranın “Press TV” kanalı öz növbəsində vurğulayır ki, Vilayətinin sözlərinə görə, İran qlobal enerji təchizatına daha çox mane ola bilər.

"Əgər Ağ ev yenidən axmaq səhvlərə cəsarət edərsə, tezliklə qlobal enerji təchizatını tək bir hərəkətlə pozmağın nə qədər asan olduğunu görəcək", - deyə müşavir vurğulayıb.

E. Kamal
 

Reklam