Advert
Advert

İran Rusiyanı Yaxın Şərqdə təhlükəsizlik qarantı sayır

Tarix:
İran Rusiyanı Yaxın Şərqdə təhlükəsizlik qarantı sayır
Reklam

“Rusiyanın ABŞ və İsrailin təcavüzünə qarşı qətiyyətli mövqeyi praktikada nümayiş etdirib ki, Moskva beynəlxalq hüquqa əsaslanaraq dünyanın cəngəlliyə çevrilməsinə imkan verməyəcək”.

Reyting.az-ın məlumatına görə, bunu İran Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri bildirib.

Əli Baqiri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktovla görüşündə deyib ki, Rusiyanın BMT-dəki hərəkətləri Moskvanın Yaxın Şərq böhranında təhlükəsizliyin qarantı olduğunu nümayiş etdirir. 

Onun sözlərinə görə, Amerikanın beynəlxalq səhnədəki hərəkətləri dünyanı qanuna yer olmayan cəngəlliyə çevirməyə çalışdıqlarını göstərir.

Qeyd edək ki, Baqiri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Təhlükəsizlik Şurası katiblərinin iclasında İran nümayəndə heyətinə rəhbərlik edir. Görüş ŞƏT Təhlükəsizlik Şurası katiblərinin 21-ci iclası çərçivəsində keçirilir.

E. Kamal
 

Reklam