İran səfiri Seyid Əli Musəvi Böyük Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Reyting.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qeyd olunur ki, səbəblər İranın regiondakı hərəkətləri, eləcə də İran tərəfinin informasiya məkanındakı mənfi açıqlamaları olub.
Nazirliyin məlumatına görə, İran tərəfinə Böyük Britaniyada və ya ölkə xaricində zorakılığı təşviq edən hər hansı bir ünsiyyət formasından çəkinmək tapşırılıb.
Bəyanatda həmçinin vurğulanıb ki, London İranın regional təhlükəsizliyi təhdid edən hərəkətlərini qınamağa davam edəcək.
Y. Qacar