“Görülən koordinasiya sayəsində İran və ABŞ arasında sazişə dair protokol cümə günü, iyunun 19-da imzalanacaq”.
Reyting.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Daxili İşlər Nazirliyində keçirilən görüşdə İran-ABŞ razılaşması ilə bağlı açıqlamasında deyib.
İranın rəsmi informasiya agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian bildirib ki, müharibə zamanı ölkəsində heç bir iğtişaş və qiyam baş verməyib: “Hökumət bütün hərbi əməliyyatlar ərzində öz effektivliyini nümayiş etdirib”.
Y. Qacar