Rəsmi Tehran hələ ABŞ-la sülh razılaşmasına dair yekun qərarını qəbul etməyib.
Reyting.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi “IRNA” informasiya agentliyinə bildirib.
XİN sözçüsü onu da qeyd edib ki, Tehran danışıqlarda özünün müəyyənləşdirdiyi "qırmızı xətləri" ilə bağlı güzəştə getmək niyyətində deyil.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, tərəflər İranla razılaşmanın yekun bəndlərində razılığa gəliblər.
E. Kamal