Səudiyyə Ərəbistanı regiondakı gərginliyi azaltmaq məqsədilə 1975-ci il Helsinki Sazişlərinə əsaslanan İran və digər Yaxın Şərq ölkələri arasında təcavüzkarlıq paktını təklif edib.
Reyting.az "Financial Times" qəzetinə istinadla bildirir ki, bir çox Avropa Birliyi ölkəsi və qurumları Səudiyyə Ərəbistanının təşəbbüsünü dəstəkləyib və təklifi "gələcək münaqişələrdən qaçmağın ən yaxşı yolu" kimi qiymətləndiriblər.
Onlar, həmçinin Körfəz ölkələrini təklifi dəstəkləməyə çağırıb və iddia ediblər ki, təklif olunan pakt İran üçün bir daha hücuma məruz qalmayacağına dair zəmanət rolunu oynayacaq.
V. Quliyev