Advert
Advert

İrana hücumlar bərpa oluna bilər

Tarix:
İrana hücumlar bərpa oluna bilər
Reklam

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefonla danıb. Liderlər Tehran ətrafında hərəkətlərin əlaqələndirilməsi və Amerika liderinin Çinə səfərinin nəticələrini müzakirə ediblər.

Reyting.az xəbər verir ki, İsrailin “Ynet” xəbər agentliyinin məlumatına görə, söhbət təhlükəsizlik məsələləri ilə bağlı kabinet iclası başlamazdan əvvəl baş tutub və yarım saatdan çox davam edib. 

Söhbət zamanı Tramp Netanyahuya Çinə son səfərinin nəticələri barədə məlumat verib, bundan sonra tərəflər İran ətrafında gərginləşən vəziyyətə diqqət yetiriblər.

Əsas müzakirə mövzusu İran ərazisinə koordinasiyalı hərbi hücumların bərpası ehtimalıdır. İsrail Baş Naziri Ofisinin rəsmi açıqlamasında hərbi əməliyyatların bərpası ilə bağlı son qərarın Trampa aid olduğu bildirilir. Həmçinin vurğulanıb ki, Vaşinqton müsbət qərar verərsə, İsrailin hərbi əməliyyata qoşulması mümkündür.

Y. Qacar
 

Reklam