Advert
Advert

İrana qarşı “qısa və güclü” hücum planı hazırlanır

Tarix:
İrana qarşı “qısa və güclü” hücum planı hazırlanır
Reklam

Vaşinqton Tehranın təklif etdiyi üçmərhələli planı rədd edib. Həmin plana əsasən İran ABŞ ilə danışıqlara hazır olduğunu bildirib.

Reyting.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadla məlumat yayıb.

İddia olunur ki, ABŞ danışıqlardakı çətin vəziyyətdən çıxmaq məqsədilə İrana qarşı “qısa və güclü” zərbələr dalğası planı hazırlayıb.

“Tramp əvvəlcə Hörmüz boğazının açılması və dəniz blokadasının qaldırılması ilə yanaşı, nüvə danışıqlarının sonrakı mərhələyə təxirə salınması şərti ilə İranın təklifini rədd edib”,- deyə “Axios” vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mülki infrastruktur hədəfləri də daxil olmaqla, İrana qarşı “qısa və güclü” hücumlar dalğasına başlaya bilər. Zərbələrdən sonra ABŞ-ın İran rəhbərliyini danışıqlar masasına qayıtmağa və daha çox çeviklik nümayiş etdirməyə məcbur edəcəyinə ümid etdiyi bildirilir.

Məlumata görə, ABŞ Prezidenti hazırda Tehrana qarşı əsas təsir vasitəsi kimi blokadanı davam etdirməklə yanaşı, hərbi əməliyyat variantlarını da nəzərdən keçirir.

V. Quliyev
 

Reklam