Advert
Advert

İrana qarşı Yaxın Şərq Alyansı yaratmaq istəyirlər

Tarix:
İrana qarşı Yaxın Şərq Alyansı yaratmaq istəyirlər
Reklam

İsrail İrana qarşı Yaxın Şərqdəki ərəb ölkələrini əhatə edəcək hərbi ittifaq yaratmaq imkanları araşdırır. 

Reyting.az xəbər verir ki, bu barədə “Al-Monitor” İsrail mənbələrinə istinadla yazıb. 

Bildirilir ki, İsrail diplomatları bu plan üzərində amerikalı həmkarları ilə birlikdə çalışırlar. 

Mənbələrdən biri deyib ki, Yaxın Şərqdə Amerikanın rəhbərlik etdiyi və İsrailin İranın zəiflədilməsində əsas rol oynayacağı NATO-ya bənzər regional ittifaqın yaradılmasına dəstək artır. 

İsrail hakimiyyəti hesab edir ki, Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri İslam Respublikasının daha sərt xarici siyasətə keçməsindən qorxduqları üçün İranı zəiflətməkdə maraqlıdırlar.

Başqa bir mənbə əlavə edib ki, İbrahim sazişlərinə [İsrail ilə] hələ qoşulmayan ölkələr də daxil olmaqla, əksər Körfəz ölkələri belə bir ittifaqa qoşulmağı düşündüklərini bildirirlər.

E. Kamal

Reklam