Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, İran naviqasiya azadlığını pozduğuna görə ilk dəfə olaraq Avropa İttifaı (Aİ) sanksiyaları ilə üzləşəcək. O, eyni zamanda regionda gərginliyin daha da artması riskinə diqqət çəkib.
Reyting.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Kallas Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib:
“Bu, İrana qarşı naviqasiya azadlığının pozulması ilə əlaqədar sanksiyaların tətbiq ediləcəyi ilk hal olacaq”.
O vurğulayıb ki, regionun yeni eskalasiyaya ehtiyacı yoxdur və bütün tərəflər problemlərin həlli üçün danışıqlar masasına qayıtmalıdırlar.
Kallasın sözlərinə görə, nazirlər Avropa Birliyinin regionda həyata keçirdiyi ASPIDES dəniz əməliyyatı çərçivəsində görülə biləcək əlavə tədbirləri də müzakirə edəcəklər.
Qeyd edək ki, ASPIDES əməliyyatı Qırmızı dəniz və ətraf sularda beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
V. Quliyev