Advert
Advert

İranda İsraillə əməkdaşlıqda şübhəli şəxslər həbs edilib

Tarix:
 İranda İsraillə əməkdaşlıqda şübhəli şəxslər həbs edilib
Reklam

İran hakimiyyəti Şimali Xorasan əyalətində İsrailin xeyrinə işləyən bir qrup şəxsi həbs edib.

Reyting.az-ın “Tasnim” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Şimali Xorasan polisinin rəisi bildirib ki, kəşfiyyat məlumatlarını və texniki tədbirləri diqqətlə izləməklə ölkənin təhlükəsizliyinə qarşı və düşmən tərəfində fəaliyyət göstərən şəbəkələrlə əlaqəli şəxslər müəyyən edilərək həbs olunublar. 

Polis rəisi deyib ki, Şimali Xorasan təhlükəsizlik qüvvələri İsrail tərəfindən idarə olunan beynəlxalq şəbəkənin agentlərinə ölümcül zərbə vurub.

O, agent və xainlərin həbsinin davam etdirildiyi bildirib.

ELÇİN
 

Reklam