ABŞ ilə iki həftəlik atəşkəs elan edildikdən sonra İranın Ali Rəhbəri Əli Xamnəinin vəfatının 40-cı ildönümü münasibətilə bu gün Tehranda anım mərasimi keçiriləcək.
Reyting.az bildirir ki, bu barədə Böyük Tehran Yol Polisinin rəisi Əbülfəzl Musəvipur məlumat verib.
IRNA-nın məlumatına görə, şəhər mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyətlər yerli vaxtla səhər saat 7:00-da (Bakıda səhər saat 7:30), mərasim isə səhər saat 9:30-da (Bakıda səhər saat 10:00) başlayacaq.
Dünən ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Bu qərar Pakistanın baş naziri Şahbaz Şərifin təklifinə cavab olaraq və "İran İslam Respublikası Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olduqda" verilib.
İran dövlət televiziyasının məlumatına görə, Tehran atəşkəs üçün 10 şərt irəli sürüb və ABŞ "razılaşmağa məcbur olub". Bunlara təcavüz etməmək prinsipi, Tehranın Hörmüz boğazı üzərində nəzarəti, İslam Respublikası ərazisində uran zənginləşdirilməsi, ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi, kompensasiya ödənişləri və ABŞ qoşunlarının regiondan çıxarılması daxildir.
V. Quliyev