İranda beynəlxalq vəziyyətin gərginləşməsi və təhlükəsizlik dəyişiklikləri fonunda nüvə silahlarının hazırlanmasına dini qadağa ətrafında müzakirələr güclənir.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, bir qrup din alimi ölkənin ali rəhbərliyinə mövcud fətvaya yenidən baxılması təklifi ilə müraciət göndərib.
Bu, İranda 2000-ci illərin əvvəllərindən bəri qüvvədə olan nüvə silahlarının hazırlanmasını və saxlanmasını qadağan edən dini hökmdən bəhs edir.
V. Quliyev