28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibə zamanı İrandakı əsas nöqtənin 548 dəfə hədəfə alındığı bildirilir.
Reyting.az-ın məlumatına görə, Buşehr əyalətindəki Xalq adasının qubernatoru Negahdar Hüseynpur Prezident Məsud Pezeşkian və daxili işlər naziri İsgəndər Mömininin qatıldığı konfransda bildirib ki, ada müharibə zamanı xüsusilə hədəfə alınıb, çünki bu, əsas neft terminalıdır.
Hücumlarla bağlı məlumatları paylaşan Hüseynpur əlavə edib: “Müharibə zamanı Xalq adasına 548-dən çox raket zərbəsi vurulub və ən şiddətli hücumlardan birində, 17 martda adada 50 zərbə qeydə alınıb”.
ABŞ tərəfindən adanın materiklə əlaqəsini kəsmək üçün 6 sərnişin gəmisinin də hədəfə alındığı barədə məlumat paylaşan Hüseynpurun sözlərinə görə, ictimai və balıqçı qayıqlarının müdaxiləsi sayəsində ada sakinlərinin və işçilərin adaya gəliş-gedişi və materiklə əlaqəsi kəsilməyib.
Hüseynpur bildirib ki, müharibə zamanı belə, hücumlara baxmayaraq, ölkənin neft ixracının 90 faizindən çoxu Xalq adasından həyata keçirilib.
Qeyd edək ki, İran materikindən təxminən 30 kilometr və Buşehr limanından təxminən 55 kilometr məsafədə yerləşən Xalq adası ölkənin əsas neft ixrac terminalı kimi tanınır.
V. Quliyev