Advert
Advert

İranın ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakı təsdiqlənib

Tarix:
İranın ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakı təsdiqlənib
Reklam

FİFA prezidenti Canni İnfantino təşkilatın Vankuverdə keçirilən konqresində İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirak edəcəyini və oyunlarını ABŞ-da keçirəcəyini açıqlayıb.

Reyting.az-ın məlumatına görə, İnfantino deyib ki, İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək və ABŞ-da oynayacaq. 

Onun sözlərinə görə, insanları bir araya gətirmək lazımdır.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən ölkənin Dünya Kubokunda iştirakı şübhə altında idi. Mart ayında İslam Respublikasının idman naziri Əhməd Donyamali milli komandanın turnirdə iştirak etməyəcəyini açıqlamışdı. Daha sonra məlum olmuşdu ki, iranlılar komandalarının oyunlarını Meksikaya keçirmək istəyirlər.

Onu da qeyd edək ki, Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

V. Quliyev
 

Reklam