İranın hava limanları fəaliyyətini bərpa edib.
Reyting.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının açıqlamasına görə, bütün uçuş məhdudiyyətlərini aradan qaldırıb.
Xatırladaq ki, ölkədəki hava limanları bu gün günortadan sonra fəaliyyətini dayandırmışdı. Ölkənin qərb hissəsindəki hava məkanı isə əvvəlki gün bağlanmışdı.
Təşkilatın açıqlamasında bildirilir ki, ölkənin aviasiya fəaliyyəti plana uyğun olaraq tədricən normal fəaliyyətə qayıdır.
İran İsraillə davam edən hücum mübadilələri səbəbindən uçuş məhdudiyyətləri tətbiq etmişdi. Bu gün İran İsrailə qarşı əməliyyatlarının başa çatdığını elan edib və ABŞ Prezidenti Donald Trampın tələbi ilə hücumları dayandıracağına söz verib.
E. Kamal