ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın (2017-ci ildən 2021-ci ilə qədər bu vəzifəni tutmuş) oğlu İsa Haşeminin yaşıl kartını ləğv edib, özünü saxlayıb.
Reyting.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.
İsa Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Onlar deportasiya olunmağı gözləyirlər. Məlumata görə, hər üçü ABŞ-a 2014-cü ildə gəlib və 2016-cı ildə yaşıl kart alıblar.
Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən İran silahlı qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin yaşıl kartlarını ləğv etmiş, özlərini isə saxlamışdır.
ABŞ hökuməti həmçinin İrana qarşı hərbi əməliyyat zamanı öldürülən İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızının və ölkədən qaçan ərinin qanuni daimi sakin statusunu ləğv edib, onlarıb ölkəyə girişinə qadağa qoyub.
V. Quliyev