Advert
Advert

İranın uzunmüddətli blokadası planı hazırlanır

Tarix:
İranın uzunmüddətli blokadası planı hazırlanır
Reklam

ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə İranı uzunmüddətli blokadada saxlamaq planını hazırlamağı tapşırıb. 

Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” özəl mənbələrinə istinadla məlumat yayıb. 

Qeyd olunur ki, Ağ Evin sahibi son vaxtlar gəmilərin, o cümlədən neft tankerlərinin ölkə limanlarından çıxmasının qarşısını almaqla İran iqtisadiyyatına təzyiq göstərilməsinin tərəfdarı olduğunu bildirib. Tramp hesab edir ki, bombardmanı bərpa etmək və ya münaqişədən çıxmaq ABŞ üçün blokadanın davam etdirilməsindən daha böyük risklər yaradır.

ABŞ kəşfiyyat xidməti Donald Trampın qələbə qazandığını elan edib müharibəyə son qoyacağı təqdirdə İranın necə reaksiya verəcəyini proqnozlaşdırıb. Qeyd olunur ki, Tehran ABŞ qoşunlarının bölgədən çıxarılmasına qələbə kimi baxa bilər.

Y. Qacar
 

Reklam