Zəruri hallarda İraq ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
Reyting.az xəbər verir ki, bunu İraqın Rusiyadakı səfiri doktor Əbdül-Kərim Haşim Mustafa TASS-a bildirib.
Diplomat deyib: "2014-cü ildə İraq ABŞ və İran arasında ilk dolayı danışıqlara ev sahibliyi edib. İraq bu rolu oynamağa həmişə hazırdır, lakin bu, iki ölkənin - ABŞ və İranın iradəsindən və istəyindən asılıdır".
O əlavə edib ki, İran, ABŞ və İsrailin iştirak etdiyi münaqişə adi iraqlıların həyatına o qədər də təsir etməyib.
Haşim Mustafa təəssüflə bildirib ki, İsrail raketlərinin çoxu təkcə İraq hava məkanından deyil, həm də Suriya, Livan, bəzən İordaniya hava məkanından [İrana doğru] uçub və bunun qarşısını almaq üçün texniki imkanı olan ölkələrin sayı azdır.
E. Kamal