Advert
Advert

İRİ: Ermənistanda seçkilərə Rusiyadan birbaşa təsir göstərmək cəhdləri olub

Tarix:
 İRİ: Ermənistanda seçkilərə Rusiyadan birbaşa təsir göstərmək cəhdləri olub
Reklam

Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) Rusiyanın dünən Ermənistanda keçirilən parlament seçkilərinə təzyiq göstərmək cəhdlərini aşkar edib. 

Reyting.az xəbər verir ki, bu, İRİ nümayəndələrinin bu gün İrəvanda keçirilən mətbuat konfransında və ilkin hesabatın təqdimatında elan edilib. 

Daha ətraflı hesabat iki ay ərzində təqdim olunacaq.

Təşkilat seçkiləri birmənalı olaraq ədalətli kimi qiymətləndirir.

Qeyd olunur ki, yeddi ölkədən iyirmi üç nümayəndə seçkiləri izləyib, səkkiz bölgədəki 17 icmaya və 107 seçki məntəqəsinə baş çəkib.

Təşkilat nümayəndələri heç bir sistem pozuntusu qeydə almayıblar, səsvermə və səslərin sayılmasının etibarlı olduğuna inanırlar. Onlar kampaniyanın qütbləşmiş rəy mühitində keçirildiyini qeyd edirlər.

E. Kamal
 

Reklam