Dnyanın ən böyük istehsal müəssisələrinin reytinqi açıqlanıb. 2026-cı il üçün hazırlanmış infoqrafikadan məlum olur ki, ən çox işçi sayına görə lider Çinin "Foxconn" şirkətinin Şençjendə yerləşən "Lunhua" zavodudur.
Reyting.az xəbər verir ki, yeni siyahıda qeyd olunub ki, "Lunhua" zavodunda çalışan işçilərin sayı təxminən 250 min nəfərə çatır. Zavodun ərazisində xəstəxana və televiziya şəbəkəsi, yanğınsöndürmə xidməti, hovuz, həmçinin digər obyektlər fəaliyyət göstərir.
Reytinq cədvəlində ikinci yerdə yenə Çinin "Foxconn" şirkətinin Çjençjou şəhərindəki istehsal kompleksidir.
Üçünçü yerə çıxan digər Çin müəssisəsi "BYD" avtomobil şirkəti olub. İnfoqrafika siyahısında yer alan "BYD"nin Sian şəhərindəki istehsal bazası çoxsaylı işçi qüvvəsi ilə üçlüyü tamamlayıb.
Reytinqdə yer alan 20 ən böyük zavodun heç biri Şimali Amerikada yerləşmir. Dünya üzrə ən böyük və eyni zamanda da yeganə qeyri-Asiya müəssisəsi isə Almaniyanın Volfsburq şəhərində yerləşən "Volkswagen" avtomobil zavodudur.
Yeni infoqrafikaya Rusiyanın "AvtoVAZ" müəssisəsinin də adı daxil edilib. Bu böyük avtomobil zavodunun 33 min nəfərə yaxın işçisi var. Lakin bu şirkətə yaxın bəzi mənbələrin iddiasına görə, rəsmi statistikada işçilərin sayı çox az göstərilib. Mənbələr vurğulayıblar ki, "AvtoVAZ"ın işçi heyətinin sayı 37 min nəfərdən çox olsa da, şirkət bununla bağlı məlumatı gizlədir.

Oqtay Qorçu