İranın mərkəzindəki İsfahan şəhərində neft və neft məhsulları anbarı hava hücumuna məruz qalıb.
Reyting.az "Əl-Hədəs" telekanalına istinadla bildirir ki, İsfahandakı Cəbəl Səfa neft anbarı ABŞ və İsrail qüvvələri tərəfindən hədəfə alınıb.
Zərər barədə hələlik heç bir məlumat yoxdur.
"Əl-Hədəs" həmçinin İsfahanın bir neçə ərazisində çoxsaylı partlayış səslərinin eşidildiyini bildirib.
E. Kamal