Advert
Advert

İsmayıllıda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb

Tarix:
İsmayıllıda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb
Reklam

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub.

Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Reklam